Almaniyanın "Maynts" klubu yeni transfer həyata keçirib.
Fanat.Az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Aston Villa”nın keçmiş hücumçusu Ənvər Əl Qazi ilə müqavilə imzalanıb.
28 yaşlı niderlandlı futbolçu ilə anlaşmanın müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, komandaya azad agent kimi qoşulub. Bu üzdən transfer pəncərəsinin bağlı olmasına baxmayaraq, keçidini reallaşdırmaq mümkün olub.
Qeyd edək ki, Ənvər Əl Qazi ötən mövsüm PSV-nin heyətində 32 oyun keçirib və 10 qol vurub, 3 məhsuldar ötürmə edib.
Mirağa