"Bayern Münhen" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb.
Xəbərə görə, Almaniya nəhəngi "Barselona"nın istedadlı yarımmüdafiəçisi Pedrinin xidmətində maraqlıdır və bu futbolçu üçün qarşı tərəfə 120 milyon avro ödəməyə hazırdır. Mənbə "Bayern"in 20 yaşlı oyunçunu gələn mövsüm transfer etməyi hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, "Barselona" Pedrini 2019-cu ildə, 17,5 milyon avro qarşılığında "Las-Palmas"dan alıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat