"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti paytaxt derbisində "Atletiko Madrid"dən aldıqları məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Oyuna pis başladıq, qərarlı deyildik. “Atletiko” hesabda önə keçəndən sonra öz oyununu oynadı. Onlar bizdən daha yaxşı çıxış etdilər.
Xoselu bu gün oynamadı, çünki biz yarımmüdafiədə üstünlük qazanmaq istəyirdik. Müdafiə planında möhkəm görünmədik, komanda kompakt deyildi. Xüsusən də matçın ilk hissəsində... Buraxılan hər üç qol bir-birinə bənzəyirdi: onlar mərkəz müdafiəçiləri arasındakı boşluğa qaçırdılar və bu epizodların heç birində işimizin öhdəsindən gələ bilmədik.
Modricin səhvləri? Biz heç kimi fərqləndirmirik və Modriçi qınamaq mənə çox ədalətsizlik yanaşma kimi görünür. O da digər komanda yoldaşları kimi çox yaxşı oyun keçirmədi.
Yanlış yanaşma? Bəlkə də daha yaxşısını edə bilərdim. Bəlli məsələdir ki, komanda mənim istədiyimi etmirsə, bu, mənim məsuliyyətimdir. Narahat olmayın, məsuliyyəti üzərimə götürürəm. Çiyinlərim çox genişdir. Yəni məsuliyyət yükünü qaldırmaq problem deyil. Bu məğlubiyyət oyunumuzu yaxşılaşdırmaq üçün fürsət ola bilər".
Nihat