İtaliya A Seriyasının 33-cü turunda əzəli rəqibi "Milan"ı 2:1 hesabı ilə məğlub edərək sona 5 tur qalmış çempionluğu təmin edən "İnter"in baş məşqçisi Simone İnzagi qazandıqları uğuru dəyərləndirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:
"Biz skudettonu hələ martda qazanmışdıq. Bu gün isə çempionluğu riyazi olaraq rəsmiləşdirdik. Çox şadam, çox".
Qeyd edək ki, hazırda turnir cədvəlinin 2-ci pilləsində mövqe tutan "Milan" 86 xalla zirvədə qərarlaşan "qara-göylər"dən 17 xal geri qalır.
Nihat