"Barselona"sının vitse-prezidenti Rafa Yuste komandanın baş məşqçisi Xavi Ernandesin gələcəyi haqda danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub funksionerinin açıqlamasını belə çatdırıb:
“Xavi qalır, o, “Barselona”da xoşbəxtdir. Klub digər məşqçilərlə danışıqlar aparmayıb. Deku bu mütəxəssisə tam etibar edir. Qərar təsdiqləndi”.
Daha əvvəl Xavinin cari mövsümün sonunda Kataloniya komandasını tərk edəcəyi bildirilirdi.
"Blauqrana" onun rəhbərliyi altında La Liqanın turnir cədvəlində ikinci yeri tutur və Çempionlar Liqasının 1/4 finalına yüksəlib, burada PSJ-yə uduzub.
Mirağa