İngiltərə Premyer Liqasının 29-cu turunda "Everton"a 0:2 hesabı ilə uduzan "Liverpul"un müdafiəçisi Vircil van Deyk derbidə aldıqları məğlubiyyətdən danışıb.
Fanat.Az-ın məlumatına görə, "Sky Sport" kapitanın dediklərini belə çatdırıb:
"Budəfəki kimi oynasaq, çempionluq uğrunda mübarizə aparmaq şansımız olmayacaq. Hamı güzgüyə baxmalı, çıxışını dəyərləndirməli və özündən çempion olmaq istəyib-istəmədiyini soruşmalıdır".
Qeyd edək ki, 34 tura 74 xal toplayan "Liverpul" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. Lider "Arsenal"ın isə 77 xalı var.
Nihat