Almaniya “Ştutqart”ının hücumçusu Seru Qirassi karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçunu "Milan" heyətinə qatmağa çalışır.
"Rossonerilər" qvineyalıya Olivye Jirunun layiqli əvəzləyici kimi baxırlar. “Qırmızı-qaralar” əvvəl “Bolonya”nın hücumçusu Coşua Zirkzeni transfer etmək istəsə də, sonradan fikrini dəyişib. Çünki Qirassi daha ucuz başa gələcək. Belə ki, futbolçunun təzminat məbləği 17,5 milyon avrodur. Halbuki, niderlandlı Coşua üçün 50-60 milyon ödəmək lazım gəlir. “Milan”ın maraq dairəsində olan Santyaqo Ximenez (“Feyenoord”) və Benjamin Şeşko (Leypsiq”) bahalı oyunçularıdır. Bu üzdən Qirassi variantı cəlbedicidir.
Qeyd edək ki, Seru Qirassi bu mövsüm Bundesliqada 24 oyuna çıxaraq 25 qol vurub.
Mirağa