"Çelsi"nin yarımmüdafiəçisi Entso Fernandes mövsümün qalan hissəsini buraxacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, futbolçu qasıq yırtığına görə əməliyyat olunacaq.
Argentinalı bir aydan çoxdur ki, bu problemdən əziyyət çəkirdi. Həkimlər ənənəvi müalicənin ona kömək etməyəcəyinə qərar veriblər.
Futbolçunun sağalması üçün azı üç həftə vaxt lazım olacaq. Bu, onun mövsümün sonuna qədər meydana qayıtmayacağı anlamına gəlir. Bununla belə, Entsonun Argentinanın Amerika Kubokunda çıxış edə biləcəyi gözlənilir.
Fernandes “Çelsi” tarixinin ən bahalı oyunçusudur (121 milyon avro).
23 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.