"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona"nın çalışdırıcısı Xavinin cari mövsümün sonunda postundan getmək qərarını dəyişməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Məncə, bu, düzgün qərardır. O, klubda çox yaxşı işlər görüb".
Xatırladaq ki, Xavi yanvarda Kataloniya təmsilçisini tərk edəcəyini açıqlasa da, bu gün onun müqaviləsinin müddəti başa çatana qədər (2025-ci ilin iyun ayının sonunadək) "Barsa"da qalacağı bəlli olub.
Nihat