"Barselona"nın baş məşqçisi xavi cari mövsümün sonunda postunu tərk etmək qərarını dəyişməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" onun dediklərini belə çatdırıb:
"Mən "Barselona"nın böyük fanatıyam. Klubun üzvüyəm və əsas olan bunu dərk etməkdir. Dünən prezidentlə görüşdük. Onun mənə inandığını hiss edirəm. Üç dəqiqə söhbətləşdik və bir-birimizi anladıq.
Düşünürəm ki, bu mövsüm mükafat qazana bilməsək belə, layihəni tamamlamamışıq. Azarkeşlər də məni qalmaq barədə düşünməyə vadar etdilər. Küçədə gedərkən insanların məni dəstəklədiyini görmək qərarımın dəyişməsinə yol açan məqamlardan biridir. Təbii ki, qarşılıqlı inam olduqca vacib məsələdir.
Klubun idman direktoru Deku ilə bir-birimizi yaxşı anlayırıq. Futbolçular da öz davranışları ilə işimizi hələ bitirmədiyimizi isbatlayırlar. Məncə, hədəflərimizə çatmağa yaxınıq".
Nihat