PSJ mövsümün sonunda komandadan ayrılacaq Kilian Mbappenin yerinə əvəzedici axtarır.
Fanat.Az "Euro-football"-a istinadən xəbər verir ki, bu mənada müştərilərini Paris klubunun rəhbərliyinə təklif edən məşhur portuqaliyalı agent Xorxe Mendeş fəallığı ilə diqqət çəkir.
Mənbənin məlumatına görə, Mendeş hazırda Parisdədir və paytaxt klubunun rəhbərliyi ilə danışıqlar aparır. O, Fransa nəhənginə “Mançester Yunayted”dən Brunu Fernandeş və bir müddət əvvəl “Milan”la müqaviləsini uzatmış Rafael Leaunun xidmətini təklif edir. Onun müştərilərinin müqavilələrinin ümumi dəyəri 175 milyon avrodur.
Xatırladaq ki, Rafael Leau yaxın keçmişdə artıq Fransada çıxış edib - o, 2018/2019 mövsümünü "Lill"də keçirib.
Mirağa