Bu gün Azərbaycanın daha dörd cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır.
Fanat.Az-ın məlumatına görə, son olaraq Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medal qazanıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunur.