Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazana bilər.
Fanat.Az xəbər verir ki, Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yer uğrunda görüşə çıxacaqlar.
Bu gün tatamiyə çıxan Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc mükafata sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunur.