"Betis"in yarımmüdafiəçisi Qvido Rodriges azad agent kimi "Barselona"ya keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira "X" sosial şəbəkə (keçmiş Twitter) hesabı vasitəsilə məlumat yayıb.
Mənbənin məlumatına görə, kataloniyalılar 30 yaşlı yarımmüdafiəçinin 2025/2026 mövsümünün sonuna kimi, daha bir il də uzadılması şərti ilə nəzərdə tutulan müqaviləsinin şərtlərini artıq razılaşdırıblar. Rodriqes "Betis"lə cari müqaviləsi bu yay başa çatdıqdan sonra "Barselona"nın futbolçusu olacaq.
Qvido Rodriges İspaniya təmsilçisinə 2020-ci ilin yayında Meksikanın "Amerika" klubundan keçib. 30 yaşlı argentinalı cari mövsümdə bütün turnirlərdə 25 matçda iştirak edib. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun bazar dəyərini 24 milyon avro qiymətləndirir.