İngiltərə Premyer Liqasının son turunda "Nyukasl" "Şeffild Yunayted"i 5:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bu komandalar arasında keçirilən ilk dövrdəki görüşdə "sağsağanlar" rəqibinin qapısından 8 cavabsız qol keçirmişdi.
Beləliklə, Eddi Hounun komandası bir mövsümdə "Şeffild Yunayted"in qapısına 13 qol vurub.
"Opta"-nın hesablamasına görə, bu, bir komandanın digərinə bir mövsümdə vurduğu qolların sayına görə Premyer Liqa tarixi üçün rekorddur.
Xatırladaq ki, bu məğlubiyyətdən sonra "Şeffild Yunayted" Premyer Liqada qalmaq şansını itirib. "Nyukasl" hazırda yeddinci yerdədir və avrokubok uğrunda mübarizəni davam etdirir.