UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bunlar "Real Madrid"in hücumçusu Vinisius Junior və Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummelsdir.
Vinisius "Bayern Münhen"lə "Alyans Arena"dakı qarşılaşmada (2:2) komandasının hər iki qolunu vurubsa, Hummels PSJ ilə "Siqnal İduna Park"dakı matçı (1:0) yüksək səviyyədə keçirib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.