Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan - bu gün Parisdə PSJ-yə qarşı keçirəcəkləri matçdan danışıb.
Fanat.Az xəbər verir ki, "arılar"ın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Biz göstərdik ki, PSJ-yə qarşı tam fərqli oynamaq mümkündür. İntensivlik mütləqdir. Evdəki oyunda qazandığımız uğurun bir hissəsi məhz meydanda ortaya qoyduğumuz intensivliyin payına düşür. Lazım gəlsə, daha 20 kilometr də qaçacağıq. Londona aparan yolun son addımına yanaşma ondan ibarətdir ki, böyük bir şeyə nail olmaq istəyiriksə, hörmət, möhkəmlik, cəsarət və sevinc nümayiş etdirməliyik".
Onların bir missiyası, bizim isə böyük arzumuz var. Biz də öz oyunumuzu inkişaf etdirməliyik. Səbəb? Daha yaxşı etməli olduğumuz çox şey var. Əks halda onlar bunu bizdən daha yaxşı edəcəklər”.
Qeyd edək ki, tərəflərin ilk dueli Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Park de Prens"də baş tutacaq ikinci qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Nihat