Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan - bu gün Parisdə Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri matçdan öncə rəqib komandanın hücumçusu Kilian Mbappedən danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Mbappeyə qarşı yalnız bütün komanda ilə müdafiə olunmaq mümkündür. Onun inanılmaz sürəti var. Kilianın qarşısını kimsə təkbaşına kəsə bilməz".
.Qeyd edək ki, tərəflərin ilk dueli Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Park de Prens"də baş tutacaq ikinci qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Nihat