Dortmund "Borussiya"sının kapitanı Emre Can komandasının evdə məğlub etdiyi PSJ-ni (1:0) Parisdə eyni hesabla üstələyərək Çempionlar Liqasının finalına yüksəlməsindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Fantacalcio Pazzi di Fanta" belə çatdırıb:
"İnanılmazdır! PSJ-yə qarşı iki oyunda bir qol buraxmamısansa, bu, keyfiyyət deməkdir. Hamımız "Uembli"yə yollanmağın xəyallarını qururduq. İndi İngiltərəyə qələbə arzusu ilə gedəcəyik. “Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm".
Qeyd edək ki, Fransa nəhəngini mübarizədən kənarlaşdıran "arılar" finalda "Real Madrid" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaqlar.
Nihat