PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda uduzduğu (1:0) Dortmund "Borussiya"sına Parisdə eyni hesabla yenilərək mübarizəni dayandırmasından danışıb.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssisin sözlərini "Movistar" belə çatdırıb:
"Futbol o qədər ədalətsizdir ki... Bu şəkildə uduzanda çox kədərlənirsən. "Borussiya"ya qarşı iki matçda 6 zərbəmiz tir və dirəklərə tuş gəldi... Bu gün qapıya 31 zərbə endirsək də, qol vura bilmədik. İnanmaq demək olar ki, mümkün deyil, amma bu, futboldur.
Rəqibi təbrik edirəm, bu mövsüm Çempionlar Liqasında əla görünürlər. Burada yüksək rəqabət var, məğlubiyyəti qəbul edirik. Mümkün qədər tez sağalmağa çalışmalıyıq".
Qeyd edək ki, Fransa nəhəngini mübarizədən kənarlaşdıran "Borussiya" finalda "Real Madrid" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaq.
Nihat