Çempionlar Liqasının yarımfinal mərhələsində "Bayern Münhen" ilə cavab oyunu (2:1) "Real"ın futbollçusu Toni Kroos üçün əlamətdar olub.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi turnirdə 20-ci yarımfinal matçına çıxıb.
Kroos bu göstəricidə yalnız Kriştianu Ronaldudan (21) geri qalır.
"Santyaqo Bernabeu"dakı görüş almaniyalı oyunçunun ÇL-də 150-ci matçı olub. ÇL tarixində yalnız 7 futbolçu bu sayda oyuna çıxa bilib.
Qeyd edək ki, ilk oyunda 2:2 hesablı heç-heçə edən "Real" finala yüksəlib. "Kral klubu" iyunun 1-də "Uembli"də baş tutacaq həlledici matçda "Borussiya" (Dortmund) ilə üz-üzə qarşılaşacaq.