Fransanın PSJ klubunun rəhbərliyinin komandanın baş məşqçisi Luis Enrike ilə bağlı yekun qərarı bəlli olub.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 54 yaşlı ispan növbəti mövsümdə də Paris təmsilçisini çalışdıracaq.
Xəbərə görə, Çempionlar Liqasının yarımfinalında Dortmund "Borussiya"sından alınan məğlubiyyətə (0:1, 0:1) rəğmən, klubun idarəçiləri Enrikenin işindən razıdırlar və ona güvənirlər.
Nihat