ABŞ-də keçirilən Amerika Kubokunda baş hakim Kevin Orteqa meydan sahiblərinin futbolçusu Kristian Pulişiçin əlini sıxmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, hadisə Uruqvay ilə qrup mərhələsinin III turunun oyunundan sonra qeydə alınıb.
Final fitindən sonra Pulişiç laynsmanlardan biri ilə görüşdükdən sonra əlini Orteqaya uzadıb. Lakin perulu referi əllərini arxasına qoyub. Bundan sonra isə Pulişiç ona nəsə deyib.
Qeyd edək ki, Uruqvaya 0:1 hesabı ilə uduzan ABŞ qrupu 3 xalla üçüncü sırada başa vurub və növbəti mərhələyə yüksələ bilməyib. Matç zamanı futbolçular bir neçə dəfə baş həkimin qərarlarına emosional reaksiya veriblər.