Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü UEFA Konfrans Liqasında oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, futbolçumuzun yeni transfer olunduğu HİK (Finlandiya) 3-cü təsnifat mərhələsi çərçivəsində evdə Monteneqronun "Deçiç" klubu ilə qarşılaşıb.
Finlandiya təmsilçisi qarşılaşmadan 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 67-ci dəqiqədə, komandası hesabda öndə olarkən əvəzlənib.