"Çelsi" Dortmund "Borussiya"sının vingeri Ceymi Bayno-Gittensi transfer edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
O, müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
"Transfermarkt" portalı transferin məbləğinin 64,3 milyon avro təşkil etdiyini bildirib.
Bayno-Gittens "Mançester Siti"nin yetirməsidir. Cinah hücumçusu "Borussiya"nın gənclər komandasına 2020-ci ilin sentyabrında qoşulub. Ceymi 2022-ci ilin yayından "arılar"ın əsas heyətində çıxış edirdi. Ötən mövsüm "sarı-qaralar"ın forması ilə bütün turnirlərdə 49 matça çıxan 20 yaşlı futbolçu 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.