"İnter Mayami"nin superulduzu Lionel Messi vaxtilə ABŞ-nin MLS Liqasında çıxış etmiş Tyerri Anrinin uğurunu təkrarlayıb.
Fanat.Az “MLS Communications”a istinadən xəbər verir ki, o, ABŞ çempionatında 38 yaşında ardıcıl üç oyunda ən azı iki qol vuran və bir məhsuldar ötürmə edən dördüncü oyunçu olub.
Bunu daha öncə 2012-ci ildə fransalı hücumçu Tyerri Anri edib. Anri və Messidən əvvəl yalnız kolumbiyalı Dieqo Serna (2001-ci il) və amerikalı Ante Razov (1999-cu il) MLS-də anoloji uğurla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Messi mayın 25-dən bəri keçirdiyi üç oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.