"Mançester Yunayted" "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Kristofer Nkunkunun transferində maraqlıdır.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün "zadəganlar"a 40 milyon avro ödəməyə hazırdırlar.
"Göylər"in Liam Delap və Joao Pedronun transferindən sonra Nkunkuya ehtiyac duymadıqları vurğulanıb.
Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 46 matça çıxan Nkunku 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kristoferin transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat