"İnter" Mauro İkardi və onun həyat yoldaşı, o cümlədən meneceri olan Vanda Nara ətrafında baş verən hadisələrlə bağlı bəyanat yayımlayıb.
Fanat.Az xəbər verir ki, bəyanatda qeyd olunub klubun baş direktorunun futbolçu və xanımı ilə görüşdüyü bildirilib:
"İnter"in baş direktoru Cuzeppe Marotta, Mauro İkardi və Vanda Nara arasında görüş baş tutub. Tərəflər hamını razı salacaq həll yollarının axtarışındadılar".
Xatırladaq ki, Vanda Naranın Milan klubunun ünvanına səsləndirdiyi fikirlərdən sonra "İnter" Mauro İkardini kapitanlıq sarğısından məhrum etmişdi. Daha sonra zədədən şikayətlənən argentinalı futbolçu meydana çıxmayıb.
Fanat.Az