10:25 18.03.2019 1599

İztiraba son

1982-ci ilin 6 iyunu, Bob Dilan Coan Baezlə birlikdə Pasadinadakı "Rouz Boul” stadionunda səhnədədi. Yeddi mahnıdan ibarət performanslarının ən sonunda "Blowin’ In The Wind”-ı oxuyurlar. "Bir adam nə qədər yol qət etməlidi ki, ona kişi desinlər?” sözləri ilə başlayan mahnının növbəti sətirlərində deyilirdi: "İnsanların ağlamağını eşitmək üçün bir adamın neçə qulağı olmalıdı? Bir adam görmürmüş kimi davranmaq üçün neçə dəfə başını aşağı əyə bilər? Və bir adam azadlığı əlindən alındıqdan sonra neçə il yaşaya bilər? Cavabları külək göyə sovurur”.

Həmin gündən 12 il sonra – 1994-cü ilin 17 iyulunda "Rouz Boul” stadionunda bu səfər İtaliya və Braziliya milliləri dünya çempionatının finalında üz-üzə gəlirdilər. 120 dəqiqənin sonunda qol səsi çıxmadı. Qalibi penaltilər müəyyənləşdirəcəkdi. İtaliyada son 11 m.-lik zərbə üçün Roberto Baccio topa yaxınlaşdı. "Mavilər”in çempionluq ümidinin davam etməsi üçün tək ehtimal var idi: Baccionun zərbəsi qol olmalı, Braziliya isə son zərbəni qaçırmalı idi. Təzyiqlə üz-üzə qalan Roberto topu Taffarelin qoruduğu qapının üzərindən auta göndərdi…

Onun üçün zaman dayanmışdı. Sanki Baccio mahnıda bəhs edilən yolu qət edə bilmədiyi üçün kişi sayılmırdı. Bəlkə də, iki qulağı italyanların ağlamağını eşitmək üçün yetərli idi, ancaq penaltidən sonra braziliyalıların sevincini görməmək üçün başını aşağı əymişdi… Yenidən azad olmaq üçün neçə ilə ehtiyacı olduğunu bilmirdi. Zamanla öyrənəcəkdi…

Baccio 2002-ci ildə çıxan avtobioqrafiyasında o günü və o anı belə təsvir edir:

"Penalti vuranların siyahısı açıqlananda bir az gərgin idim, ancaq məsuliyyətdən qaça bilməzdim. Yəni 11 m.-lik zərbələri ancaq məsuliyyəti üzərlərinə götürənlər qaçırırdı və mən də bu səfər onlardan biri idim.

O günə kimi də bir neçə penalti qaçırmışdım, ancaq hamısını qapıçılar qaytarmışdılar. Heç vaxt topu kənara vurmamışdım. Ona görə də həmin gün Pasadinada yaşadıqlarımın bəsit bir açıqlamasının olmadığını anlamalısınız. Topa yaxınlaşanda beynimdə dəqiqləşdirmişdim: Taffarelin iki küncdən birinə tullanacağını bildiyim üçün topu yumşaq şəkildə mərkəzə göndərəcəkdim. Top ayağımdan çıxanda qərarımın məntiqli olduğunu düşünürdüm, çünki qapıçı, təxmin etdiyim kimi, sol küncünə tullanmışdı. Ancaq… Təəssüf ki, vuruşum planlaşdırdığım kimi alınmadı və top qapının üstündən kənara getdi. O penalti illər boyu həyatıma təsir edib. Şübhəsiz ki, karyeramın ən bərbad anı idi. Həyatımdakı tək bir anı silmək haqqım olsa, mütləq şəkildə o penaltini silərdim”.

Buddizmin "Dörd ali gerçək” konsepsiyasında maddələr növbəsi ilə Dukkha, Samudaya, Nirodha və Maqqa adlanır. Bunlar yenə sıra ilə aşağıdakı gerçəkləri təmsil edirlər: "Həyat iztirab doludu”; "Hər iztirabın bir səbəbi var” ; "İztirabın qarşısını almaq mümkündü” ; "İztirabsızlığa gedən yol var”.
Özü də buddist olan Roberto Baccio həmin gün iztirabla qarşılaşdı. Qaçırdığı penalti iztirabının səbəbi idi, onun qarşısını almaq üçün isə dörd il gözləməli idi.

1998-ci ildə keçirilən dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Çili – İtaliya matçının 84-cü dəqiqəsində birincilər hesabda 2:1 irəlidə idilər. Həmin ərəfələrdə İtaliya penalti qazandı. Hər kəs topun başına keçəcək futbolçunun kimliyini maraqla gözləyirdi. Baş məşqçi Çezare Maldini Baccioya işarə verdi. "Müqəddəs at quyruğu” topu götürdü, bəyaz nöqtəyə yaxınlaşdı, bir az geriyə çəkildi və yavaş addımların ardından zərbə endirdi. Qapıçı Tapiyanın sağına gedən top qapıya daxil oldu… Baccio iztiraba son demişdi.

Turnirdən sonra "Conni Uoker” reklam siması olaraq Roberto Baccionu seçmişdi. 1994-cü ildə ABŞ-da qaçan penalti ilə başlayan reklam 1998-ci ildə Fransada qolla nəticələnən 11 m.-lik zərbə ilə bitirdi. Baccio əvvəldə deyirdi: "Dörd il ərzində hər gün o penaltini qaçırmışam”. Və son səhnədə italyan futbolçu brendin "Keep walking” ("Yola davam”) sloqanı ilə gözdən itirdi.

Nəhayət, Baccio "Blowin’ In The Wind”-dəki son sualın cavabını tapmış, dörd il sonra azadlığına qovuşmuş və dördüncü ali gerçəkliyi tapmışdı. Həqiqətən də, iztirabsızlığa aparan bir yol var imiş və o, küləkli yolla yeriməyə davam edəcəkdi...

Hazırladı: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

Facebookdan bizi izləməyi unutmayın.
X