"Beşiktaş"ın futbolçusu Adriano Korreya "Barselona"da birlikdə çıxış etdiyi Neymarla balı açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Cadena SER" radiosunda yayımlanan "El Larguero" proqram?na danışan braziliyalı futbolçu həmyerlisi ilə 3 həftə əvvəl danışdığını bildirib. Onun sözlərinə görə, Neymar "Barselona"dan ayrıldığı üçün peşman olduğunu etiraf edib: "Hamımız "Barselona"dan ayrıldığımız üçün peşmanlıq hissi keçirdik. Amma Neymar bu hissi daha artıq keçirir".
Qeyd edək ki, Adriano 2010-cu ildə "Sevilya"dan "Barselona"ya 9,5 milyon avroya transfer olunub. 2013-cü ildə isə Neymar Kataloniya klubuna keçib. Adriano 2016-cı ildə 2,3 milyon avroya "Beşiktaş"a, Neymar bir il sonra 222 milyon avroya PSJ-yə transfer olunub.
Fanat.Az