Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Yuventus" səfərdə heç-heçə oynaduğu "Ayaks"ı qəbul edib.
Fanat.Az xəbər verir ki, Hollandiya klubu səfərdə 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. "Ayaks"ın heyətində Donni van de Beek və Mattis de Liqt fərqlənib. "Yuventus"un qoluna isə Kriştiano Ronaldo imza atıb.
Fanat.Az