Türkiyə Supe Liqasında sonuncu - XXXIV tura start verilib.
Fanat.Az ötən tur çempionluğunu rəsmiləşdirən "Qalatasaray” səfərdə "Sivasspor”la qarşılaşıb. Fatih Terimin gənc futbolçulara şans verdiyi oyunda "Cim-Bom" 3:4 hesabı ilə uduzub.
İkinci yeri tutan "Başakşəhər” "Alanyaspor”la ev oyunundan heç-heçə ilə ayrılıb - 1:1. "Beşiktaş” "Kasımpaşa”nı qəbul edib və 3:2 qalib gəlib. "Trabzonspor" isə səfərdə eyni hesabla "Rizəspor"u udub.