Joze Mourinyo üçüncü dəfə "Çelsi"nin baş məşqçisi təyin oluna bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 56 yaşlı mütəxəssis iyunun 10-da agenti ilə birlikdə Londonda olub. İddiaya görə, Mourinyo "zadaganlar" üçün baş məşqçi postuna əsas namizədlərdən biridi.
Portuqaliyalı baş məşqçi bu postda italiyalı Mauritsio Sarrini əvəzləyə bilər. Klubun səhmdarlarından olan Həsən Naqur "Instagram" hesabından Sarriyə təşəkkür etməklə onun komandadan ayrılacağını qismən təsdiqləyib. İtaliyalı mütəxəssis "Yuventus"a keçəcək.
Qeyd edək ki, Joze Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə "Çelsi"nin baş məşqçisi olub.
Fanat.Az