"Səbail”dən ayrılan Tome Kitanovskinin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, makedoniyalı müdafiəçi karyerasını Albaniyada davam etdirəcək. Belə ki, 27 yaşlı müdafiəçi "Kukesi" müqavilə imzalayıb.
Qeyd edək ki, Tome Kitanovski ötən mövsüm "Səbail"in heyətində 23 oyunda 1 qol vurub.
Fanat.Az