"Qalatasaray" 3 transferini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu bir legioner və bir yerli futbolçunu heyətinə qatıb.
Ligionerlərdən biri "Fulhem"dən ayrılan Rayan Babeldi. "Qalatasaray" uzun müddətdi danışıqlar apardığı holland futbolçu ilə 3 illik müqavilə imzalayıb. Bu futbolçuya görə "Fulhem"ə transfer haqqı ödənməyib. Babel ildə 2,5 milyon avro maaş alacaq. Bundan başqa futbolçuya 2 milyon avro imza haqqı ödənilib.
Qış fasiləsində "Beşiktaş"dan "Fulhem"ə 2 milyon avroya transfer olunan 32 yaşlı hücumçu əvvəllər Hollandiyanın "Ayaks", İngiltərənin "Liverpul", Almaniyanın "Hoffenhaym", İspaniyanın "Deportivo", Türkiyənin "Kasımpaşa" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klublarında çıxış edib, Hollandiya millisində keçirdiyi 57 oyunda 8 qol vurub.
İkinci transfer Valentine Ceyms Ozornvafor olub. 20 yaşlı nigeriyalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Onun üçün Nigeriyanın "Enyimba" klubuna 300 min avro ödənilib. Ozornvafor ilk mövsümdə 100, ikinci mövsümdə 125, üçüncü mövsümdə 150, son mövsümdə 200 min avro maaş alacaq. Onun 2019/20 mövsümündə icarəyə verilməsi gözlənilir.
"Qalatasaray" həmçinin "Yeni Malatyaspor"dan ayrılan Adem Büyüklə də müqavilə bağlayıb. Transfer haqqı ölənilməyən futbolçu 2 illik anlaşmaya imza atıb. Adem İstanbul klubundakı ilk mövsümündə 3.5, ikinci mövsümündə 4 milyon lirə maaş alacaq.
31 yaşlı forvard karyerası ərzində "Beşiktaş", "Zeytinburnuspor", "Akçaabat Sebatspor", "Altay", "Manisaspor", "Boluspor", "Mersin İY" və "Kaasımpaşa"da çıxış edib, Türkiyə millisində 2 oyun keçirib.
Fanat.Az