Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma təşkil olunacaq. "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi Qazaxıstan "Astana”sı Rumıniya təmsilçisi ÇFR-i qəbul edəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
9 iyul
17.00 Astana (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya)
18.00 Ararat (Ermənistan) - AIK (İsveç)
20.00 HİK (Finlandiya) – HB Torshavn (Farer adaları)
20.00 Nımme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya)
21.45 Sarayevo (Bosniya və Herseqovina) – Seltik (Şotlandiya)
22.00 Düdelanj (Lüksemburq) – Valletta (Malta)
22.00 Suduva (Litva) – Srvena Zvezda (Serbiya)
22.00 TNS (Uels) – Ferronikeli (Kosovo)
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ” I təsnifat mərhələsində Albaniya "Partizani”si ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və "CBC Sport”la canlı yayımlanacaq.
Fanat.Az