"Fənərbaxça" heyətinə daha bir futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Mevlut Erdinçlə 2 illik müqavilə imzalanıb. 32 yaşlı hücumçu "Fənərbaxça"ya azad agent kimi keçib.
Qeyd edək ki, Mevlut müqavilə ilə "Başakşəhər"ə məxsus olsa da, ötən mövsüm icarə əsasında "Antalyaspor"da çıxış edib. 32 yaşlı hücumçu bu komandada oynadığı 27 matçda 14 qol vurub. O,əvvəllər Fransanın "Soşo", PSJ, "Renn", "Sent-Etyenn", "Genqam", "Mets" və Almaniyanın "Hannover" klublarında çıxış edib. Türkiyə millisində 35 oyun keçirən futbolçu 8 qol vurub.
Fanat.Az