"Beşiktaş" heyətinə daha bir ulduz qatıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu "Arsenal"dan Məhəmməd Elnenini icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klbub müqavilənin detallarını açıqlamayıb.
Bəzi mənbələr "Beşiktaş"ın Elneni üçün 2,5 milyon avro icarə haqqı ödəyəcəyini bildirib, bəziləri isə heç bir ödənişin olmayacağını yazıb. Futbolçu özü mövsümün sonuna qədər 1,7 milyon avro maaş alacaq. "Beşiktaş"ın mövsümün sonunda onun transfer hüququnu almaq haqqı var.
Qeyd edək ki, Misir millisinin üzvü 2016-cı ildə "Bazel"dən "Arsenal"a 2,5 milyon avroya transfer olunub. 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm 17 oyunda London klubunun formasını geyinib.
Fanat.Az