İspaniya La Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Sevilya" bu gün səfərdə "Alaveş"lə qarşılaşıb.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 37-ci dəqiqədə Xoan Yordan imza atıb.
Bu qələbə sayəsində xal hesabını 10 yüksəldən "Sevilya" turnir cədvəlinə başçılıq edir və 2-ci pillələri tutan "Real"la "Atletik"i bir xal qabaqlayır. "Alveş" isə 5 xalla 5-ci pilləni tutur.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya"nı qəbul edəcək. Sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20.55-də başlayacaq.
Fanat.Az