FIFA "The Best" mükafatının qaliblərini elan edir.
Fanat.Az xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən mərasimdə ilin ən yaxşı kişi futbolçusunun adı açıqlanıb.
Bu ada "Barselona"lı Lionel Messi layiq görülüb. O, "Yuventus"dan Kriştiano Ronaldo və "Liverpul”dan Virgil van Deyki qabaşlayıb.
Bu mükafatı 6-cı dəfə qazanan Messi bunadək 5 dəfə (2009, 2010, 2011, 2012, 2015) qalib olmuşdu. Ronaldo da 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) ən yaxşı seçilib. Son qalib isə ötən il bu mükafata yiyələnən xorvatiyalı Luka Modriç olub.
Fanat.Az