FIFA "The Best" mükafatının qaliblərini elan edib.
Fanat.Az xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən mərasimdə ən yaxşı azarkeş mükafatı braziliyalı Silviya Qrekkoya verilib. O, görmə qabiliyyətini itirən oğluna oyunların gedişatını bəhs etdiyi üçün bu mükafata layiq görülüb.
Feyr-pley mükafatı isə İngiltərənin "Lids” klubuna və bu komandanın baş məşqçisi Marselo Byelsaya təqdim olunub.
Fanat.Az