UEFA 2021-ci ildən keçiriləcək üçüncü avrokubok turnirinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, yeni turnir Konfrans Liqası adlanacaq. Bu barədə qurumun Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında qərar qəbul edilib.
Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü dərəcəli klub turniri olacaq. Liqanın oyunları cümə axşamları Mərkəzi Avropa vaxtı ilə saat 18.45 və 21.00-da başlayacaq.
Fanat.Az