İspaniya La Liqasında VI tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə "Barselona" "Vilyarreal"ı qəbul edib. Oyun Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona"nın heyətində Antoine Qrizmann və Artur fərqlənib. "Vilyarreal"ın qoluna isə Santi Kazorla imza atıb.
Qeyd edək ki, "Barselona" bu qələbə sayəsində xallarını 10-a yüksəldib və 4-ci pillədə qərarlaşıb. "Vilyarreal" isə 8 xalla 8-cidi.
Fanat.Az