David Silva İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı Premyer Liqa tarixində ən çox qələbə qazanan futbolçu olub.
Onun komandası "Mançester Siti” ötən gün səfərdə "Everton”a 3:1 hesabı ilə qalib gəlib. Bu matçın iştirakçısı olan 33 yaşlı futbolçu Premyer Liqadakı 200-cü qələbəsinə (289 matçda) sevinib.
Xatırladaq ki, Silva Premyer Liqada 2010-cu ildən çıxış edir. O, İngiltərədə indiyədək yalnız "Mançester Siti”də oynayıb.
Fanat.Az