Türkiyə Super Liqasında VI turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün "Beşiktaş” "Trabzonspor”un qonağı olub. 5 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb - 4:1.
"Trabzonspor"un heyətində Joze Sosa, Aleksander Şorlot və Antoni Nvakaeme fərqlənib, bir topu isə "Beşiktaş"lı Doruxan Toköz öz qapısına vurub. İstanbul klubunun təsəlli qoluna Güvən Yalçın imza atıb.
Qeyd edək ki, "Trabzonspor" 6 turdan sonra 9 xalla 4-cü, "Beşiktaş" 5 xalla 16-cı pillədə qərarlaşıb.
Fanat.Az