İspaniya La Liqasında VII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sevilya" "Real Sosyedad"ı qəbul edib. Meydan sahibləri oyun başlayan kimi hesabda geri düşsələr də, əzmkarlıq nümayiş etdirərək qələbə qazanıblar - 3:2.
"Sevilya"nın qollarına Nolito, Lukas Okampos və Franko Vazkues imza atıb. "Real Sosyedad"ın heyətində isə Mikel Oyarzabal və Portu fərqlənib.
Qeyd edək ki, 7 turdan sonra "Barselona", "Real Sosyedad" və "Sevilya"nın 13 xalı var. Komandalar turnir cədvəlində 4-6-cı pillələri bölüşür.
Fanat.Az