Aleks Ferqusson Çempionlar Liqasında oyun satıb.
Fanat.Az xəbər verir ki, bu ittihamla italiyalı futbol agent Cüzeppe Palyara çıxış edib.
Futboldakı korrupsiya işində əsas müttəhimlərdən olan Palyara adı gizli saxlanılan bir jurnalistlə söhbətində bildirib ki, şotland mütəxəssis "Mançester Yunayted”ə başçılıq edən zaman Çempionlar Liqasında "Yuventus”a oyun vermək üçün onunla danışıq aparıb. Palyara lazimı nəticənin əldə olunması üçün Ferqussona 30 min avro dəyəri olan "Rolex” saatı hədiyyə verib.
İtaliyalı menecer həmçinin iddia edib ki, şotland mütəxəssis futbolçuların transferindən də pul mənimsəyib və yalnız onunla bu işbirliyində olan agentlərlə işləyib.
Qeyd edək ki, 77 yaşlı Ferqusson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə başçılıq edib.
Fanat.Az