Türkiyə Super Liqasında daha bir baş məşqçi istefa verib.
Fanat.Az xəbər verir ki, Samet Aybabanın "Kayserispor"dan ayrılmasından sonra "Göztəpə"nin çalışdırıcısı Tamer Tuna da postunu tərk edib.
Bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Bildirilib ki, baş məşqçi istefa ərizəsini İdarə Heyətinə təqdim edib. Aparılan müzakirələrdən sonra istefa qəbul olunub.
Qeyd edək ki, "Göztəpə" son turda "Kasımpaşa"ya 1:4 hesabı ilə yenilib. İzmir klubu Tamer Tunanın rəşbərliyi altında 4 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub.
Fanat.Az