Denni Drinkvoterin "Aston Villa"dakı gələcəyi sual altındadı.
Fanat.Az xəbər verir ki, "Aston Villa"nın bazar ertəsi keçirilən məşq sessiyasında Drinkvoter və Xota Peleteyro arasında gərginlik yaşanıb. Mübahisə zamanı ingilis futbolçu komanda yoldaşına kəllə atıb.
Müqavilə ilə "Çelsi"yə məxsus olan Drinkvoter icarə əsasında Birmingem təmsilçisində çıxış edir. 30 yaşlı yarımmüdafiəçinin hərəkətinə görə cərimələnəcəyi dəqiqdi. Bununla yanaşı, klub rəhbərliyi onun icarə müqaviləsinə erkən xitam vermək istəyir.
Yanvar ayında "Aston Villa"ya qoşulan Drinkvoter cəmi 4 matçda meydana çıxıb.
Fanat.Az