PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Lionel Messinin transferindən sonra Kilian Mbappenin komandada qalacağına əmin olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, "Le Parisien" onun söylədiklərini belə çatdırıb:
"Mbappe əla komandada oynamaq istədiyini deyirdi. Hazırda onun əla komandası var. Özünə daha bəhanəsinin qalmadığını çatdırmışam. PSJ-də oynamalı, harasa getmək barədə düşünməməlidir. Mbappe və təmsilçiləri ilə aparılan müzakirələr barədə açıqlama verməyəcəm. Nə danışmışıqsa, aramızda qalacaq. O, Messinin transfer edilməsindən çox məmnundur. Bu başqa məsələ ki, bəzi mətbuat nümayəndələri olmayan yerdə problem axtarırlar".
Nihat